...

MİLLİ DEMOKRAT PARTİYASININ ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA PİKETİ DAĞIDILIB

Siyasət Materials 24 Avqust 2005 13:45 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) bir qrup üzvü avqustun 24-də Ədliyyə Nazirliyi qarşısında piket keçirib. Trend in məlumatına görə, saat 11.00-da partiya üzvləri nazirliyin binası qarşısında bir sıra şüarlar səsləndirib, aksiyanın qətnaməsini oxuyublar. Lakin təxminən 10-15 dəqiqə ərzində polislər piket iştirakçılarını nazirliyin binası qarşısından uzaqlaşdırmağa və aksiyanı dağıtmağa müvəffəq olublar. Polislər 4 nəfər partiya üzvünü həbs edərək polis bölməsinə aparıblar.

Onlardan biri AMDP sədrinin təşkilati məsələlər üzvü müavini Mübariz Hümbətov, digərləri isə rayon təşkilatlarının nümayəndələridir. Piketin dağıdılmasına baxmayaraq aksiyanın qətnaməsi Ədliyyə Nazirliyinə təqdim olunub. Qətnamədə AMDP-nin dövlət qeydiyyatına alınması, bu məsələ ilə bağlı süründürməçiliyə son qoyulması tələb olunur.

Qeydl edək ki, Bakı Şəhər İcra Hakimiyyəti piketin keçirilməsinə icazə verməmişdi. Qeydiyyat probleminin həll edilməməsinə etiraz əlaməti olaraq sentyabr ayında Milli Demokrat Partiyasının silsilə aksiyaları başlayacaq.

Xəbər lenti

Xəbər lenti