...

UKRAYNA DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ AZƏRBAYCANIN MÖVQEYİNİ HƏMİŞƏ DƏSTƏKLƏYƏCƏK

Siyasət Materials 24 Avqust 2005 18:36 (UTC +04:00)

"Trendu"in Ukraynanın Azxərbaycandakı müvəqqəti işlər vəkili İqor Kazimadan müsahibəsi

- Avqustun 24-də Ukraynanın müstəqilliyinin elan olunmasının 14-cü ildönümü tamam olur. Azərbaycanın da paralel olaraq müstəqillik yolunu keçdiyini nəzərə alaraq, hansı uğurla əldə olunub?

- Avqustun 24-da Ukrayna xalqı Ukraynanın müstəqilliyinin 14-cü ildönümünü qeyd edir. Bu böyük milli bayramdır və bu bayrama bir qayda olaraq fəaliyyətimizin müəyyən bir yekunu kimi yanaşırıq. Bu gün cəmiyyətin gələcək demokratikləşməsi prosesində əzəmətli irəliləyişlərə nail olmuşuq.

Ukrayna demokratik cəmiyyətə məxsus olan inkişaf etmiş ölkələrlə bir cərgədə durub, söz, mətbuat azadlığı ilə bağlı vəziyyət həddən artıq dəyişib, xalqın həyat səviyyəsi yaxşılaşıb, sosial sahə üçün ayrılmış pullar nəhayət ki, bu sahəyə yönəlib. Həm də qeyd etmək istəyirmə ki, son ilyarım ərzində nominal orta aylıq əmək haqqı 2004-cü ilin analoji dövrü ilə müqayisədə 33, 6 % artıb.

Ötən ilin müvafiq dövrü mlə müqayisədə real əmək haqqı 17% artıb. Bu gün Ukraynada orta aylıq əmək haqqı 150 ABŞ dollarına yaxındır. Bu gün bizdə ÜDM 4%, eyni zamanda, kənd təsərrüfatında 7,7%, nəqliyyatda 7%, emal sənayesində 5,1% artım mövcuddur. Sənaye istehsalının artımı 5% təşkil edir.

Ukraynanın 2005-ci ilin yanvar-may aylarında xarici ticarətdə mal dövriyyəsinin ümumi həcmi 27556,8 milyon dollar təşkil edir. Bu göstərici 2004-cü ilin analoji dövrü ilə müqayisədə 10,6% çoxdur. Bu gün hökumət əsas qüvvəsini sosial sahəyə yönəldib. Artıq bu sferada köklü dəyişikliklərin mövcüd olduğu müşahidə olunur.

- Bu yaxınlarda Gürcüstan və Ukrayna prezidentləri "Barjomi bəyannaməsi"ni imzaladılar. Bəzi Rusiya və erməni KİV-ləri bunu bir beynəlxalq təşkilat kimi GUAM-nın fəaliyyətinə xitam verilməsi kimi işıqlandırıldı? Bu bəyannamənin əhəmiyyəti nə idi?

- Prezidentlər regionu bölücü xəttlərdən, insan haqlarının pozulmasından, hər hansı bir qarşıdurmadan və dondurulmuş münaqişələrdən azad edə bilmək üçün güclü alət ola biləcək regional cəmiyyət yaratmağı təklif edirlər.

Əvvəla, onlar demokratiyanın və vətəndaş cəmiyyətinin təsdiqinin həm regionun özünün və həm də ölkənin iqtisadi inkişafının əsas şərtlərindən biri olduğunu bəyan edirlər. Hesab edirəm ki, bununla hamı razıdır. İkincisi, prezidentlər regionda demokratiya və sabitliyin təminatı Avropada demokratiyanın və sabitliyin ilk şərti olduğunu bəyan edirlər. Buna çətin ki, kiminsə şübhəsi olsun.

Və üçüncüsü, bəyan edilir ki, Baltik-Qara dəniz və Xcəzər regionu Avropa, Mərkəzi Asiya və Uzaq Şərq arasında enerji mənbələri, tranzit dəhlizlər və kommunikasiya şəbəkələri planında gücxlü insan resursları var. Mən fikirləşirəm ki, bütün bu deyilənləri həm Azərbaycanda, həm Gürcüstanda, və həm də Avropada dəstəkləməlidirlər.

Müxtəlif bəyanatlara baxmayaraq, mən Azərbaycanın bu təşəbbüsə qoşulmasına maraq göstərmədiyini görmürəm. Fikrimcə, Ukrayna və Gürcüstan prezidentlərinin təşəbbüsü bizim ölkələrimizin və region ölkələrinin Avropaya inteqrasiyası prosesinin sürətlənməsini təmin etməkdir. Biz bu məsələyə çox maraq göstərməliyik. Özü də Azərbaycanın ayrıcı xəttlər, münaqişəli situasiyalarla əlaqəli olduğu bir vaxtda.

Lakin bu məsələ hələ Azərbaycan tərəfi ilə razılaşdırılmayıb və Azərbaycanın guya bu bəyanata qoşulması barədə məlumat həqiqətə uyğun deyil. MƏSƏLƏNIN HƏLLI ƏLDƏ OLUNMUŞ RAZILAŞMALAR VƏ MÖVCUD TƏCRÜBƏYƏ MÜVAFIQ ŞƏKILDƏ HƏLL EDILƏCƏK.

- Siz GUAM-ın inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?

- GUAM bu gün tam uğurla işləyir. Bu birliyin institulizasiya prosesi başa çatıb. Mən indi onu mükəmməl beynəlxal təşkilat adlandırmaqdan çəkinmirəm. Ötən il parlament assambleyası yaradılıb. Kişinyov sammiti bütün dörd tərəflə bu niyyəti təsdiqləyib və gələcək inkişafın konkret yollarını müəyyən edib.

Bu, birincisi cəmiyyətin demokratikləşməsi, ikincisi, münaqişəli situasiyaların ləğv edilməsi və regionlarda sabitliyin və iqtisadi əməkdaşlıq. Mənim fikrimcə, GUAM böyük perspektivlərə malikdir.

- Siz Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?

Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlər daim dostluq əlaqələri, qarşılıqlı sərfəli əməkdaşlıq üzərində qurulub. Ukrayna həmişə kənd təsərrüfatı məhsullarının, maşın mexanizmlərinin və avadanlıqların tədarükçüsü olub. Azərbaycan isə Ukraynaya kimyəvi məhsullar və qaz komplekstləri satıb. Bu gün mal dövriyyəsinin səviyyəsi 180 milyon dollardan yuxarıdır.

Daimi artım dinamikası müşahidə olunur. Ötən illə müqayisədə bu 30% -dən yuxarı olub. Lakin bu bizim ölkələrimizin malik oloduqları imkanlardan çox uzaqdır, Ukraynanın güclü elmi-istehsal potensialının imkanlarından, həmçinin Ukrayna ilə Azərbaycanın geoloji yerləşməsindən, eləcə də Ukraynanın ehtiyacı olduğu zəngin sərvətlərdən kifayət qədər istifadə edilmir.

Biz ümid edirik ki, məhz ikitərəfli münasibətlərin gələcək inkişafı bu gün strateji tərəfdaşlıq səviyyəsindədir və bu da 2000-ci ildə prezidentlərin imzaladıqları dostluq, əməkdaşlıq və tərəfdaşlıq müqaviləsində əks olunub.

- Ukrayna hansı sahələrdə Azərbaycanla münasibətlərini inkişaf etdirmək istərdi? Əlaqələrin inkişafını sürətləndirmək üçün hansı problemləri və maneələri aradan qaldırmaq zəruridir?

- Bizim təyyarəqayırmada, gəmiqayırmada, enerji obyektlərinni tikintisində əməkdaşlığımızın inkişafı üçün ciddi imkanlarımız var. Yenicə inkişaf etməkdə olan müəyyən istiqamətlər var. Bu, Ukraynanın kommunal təsərrüfat obyektlərinin inkişafı, nəqliyyat obyektlərinin tikintisi və neft-qaz sahəsidir.

Problemlərə gəldikdə isə, burada birinci növbədə avronəqliyyat dəhlizi boyu bütün nəqliyyat növləri üzrə nəqliyyat tariflərinin aşağı salınması və ya unifikasiya barədə razılıq əldə etmək lazımdır. Ticarət münasibətlərində biz əməkdaşlığı gücləndirməliyik.

Bunun üçün çox böyük imkanlar var. Keçmiş İttifaq dövründə Ukrayna və Azərbaycan arasında mal dövriyyəsi milyarlarla dollara çatmışdı, indi isə bu haradasa 150 milyondur. Ukrayna aqrosənaye ölkəsi kimi kənd təsərrüfatı sahəsində bizim elmi-sənaye potensialımızdan istifadə üzrə əməkdaşlıqda maraqlıyıq. Mən düşünürəm ki, hazırki hökumətdə bizim iqtisadiyyatımız dirçələcək.

- Ukrayna Azərbaycana quyuların qazılması və təmir işlərində öz servis xidmətlərini təklif edir. Bununla yanahı, Ukrayna Azərbaycanın neft yataqlarından birinin operatorluğunu almaq niyyətindədir.

- Ukraynanın neft şirkəti "Ukrayna neft və qazı" AZƏRBAYCANIN YATAQLARINDAN BIRININ IŞLƏNMƏSINI BÜTÜN DÜNYA ŞIRKƏTLƏRININ BURADA IŞTIRAK ETDIYI ŞƏRTLƏRLƏ IŞLƏMƏK NIYYƏTINDƏDIR.

Biz Azərbaycan tərəfini Qara dənizdəki yataqlarımızdakı şelfdə işləməyə və neft nəqliyyatı infrastrukturlarının inkişafında iştirak etməyə dəvət edirik. Mən nəqliyyat yollarından danışıram. Bu nəqliyyat yolları ilə avropalı istehsalkçılar da maraqlanır və Avropa Komissiyası tərəfəindən dləstəklənir.

Lap bu yaxınlarda Ukrayna tərəfi razılaşma layihəsi hazırlayıb və Ukraynanın xarici işlər naziri Boris Tarasyukun Bakıya səfəri zamanı Azərbaycan prezidenti neft-qaz sektorunda əməkdaşlıq barədə baş razılaşmanınyekunu barədə razılıq əldə olunub.

Ukrayna razılaşmanın layihəsini hazırlayıb və baxılmaq üçün Azərbaycan hökumətinə təqdim edib. Ümid edirik ki, Ukrayna prezidenti V.Yuşşenkonun Azərbaycana qarşıdakı səfəri zamanı bu çox vacib sənəd imzalanacaq.

Avqustun 26-da Kazanda Azərbaycan və Ukrayna prezidentlərinin ayrıca görüşü keçiriləcək ki, bu zaman dövlət başçıları səfər barədə konkret razılaşma əldə olunacaq, neft-qaz kompleksindəəməkdaşlıq barədə məsələni müzakirə edəcək, Ukraynanın nəqliyyat dəhlizinin istifadə imkanları təklif olunacaq.

Ukrayna inkişaf etmiş və gələcəkdə də tikiləcək Odessa-Broda sisteminə malikdir və Avropanın boru kəməri nəqliyyat sistemi ilə əlaqəsi olacaq. Azərbaycan əsasa ixrac boru kəməri olan Bakı-Tbilisi -Ceyhanın tikintisinin başa çatmasına baxmayaraq, bir çox variantları nəzərdən keçirir və mövcud nəqliyyat yollarından imtina etmir.

- Son vaxtlar ölkələrimiz arasında hərbi əməkdaşlığını inkişafı tendensiyası müşahidə olunur. Bu əlaqələrin hansı perspektivləri var?

- Ukrayna ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq həmişə uğurla inkişaf edib və strateji tərəfdaşlığın ruhuna müvafiq olub. Ukrayna həddən artıq hərbi-sənaye kompleksinin reallaşdırılmasında maraqlıdır. Bu , bizə keçmişdən miras qalıb və ötən illər ərzində də məhz belə əməkdaşlıq həyata keçirilib.

Azərbaycan Ukraynanın ali hərbi tədris müəssisələrində kadrların, hərbi mütəxəssislərin hazırlanmasında maraqlıdır. Biz "Sülh naminə tərəfdaşlıq" adlı NATO proqramı çərçivəsində əməkdaşlıq edirik. Burada bizim çoxlu ümumi maraqlarımız var.Bu, Avroatlantik inteqrasiyaya birgə can atmaqdır. Məhz bu, bizim gələcək əməkdaşlığımızın əsasını təşkil edir.

- Ukrayna prezidenti cənab Viktor Yuşşenkonun qarşıdakı səfərinə hazırlıq necə gedir?

- Hər iki tərəf bu səfərdə maraqlıdır. İlk növbədə, strateji tərəfdaşlığın inkişafı ilə bağlı niyyətləri təsdiqləmək üçün. Neft-qaz sahəsində əməkdaşlıq barədə və digər sahələdrədə sənədlər hazırlanır.

- Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həlli işində hansı yardımı göstərə bilər. Azərbaycan tərəfi bu məsələ ilə bağlı Ukrayna hökumətinə müraciət edibmi?

- Ukrayna Azərbaycanı bu ən ağır problemin həllində həmişə dəstəkləyib , dəstəkləyi və dəstəkləyəcək. BMT-nin qətnamələrindən, ATƏT-in Lissabon sammitinin prinsiplərindən başlayaraq, Ukrayna daima münaqişənin məhz xoş prinsiplər əsasında həll edilməsi - ərazi bütövlüyünün qorunması, sülhün qorunması və sakitlik və əhalinin təhlükəsizliyinin təmin olunması mövqeyindən Azərbaycanı dəstəkləyib. Ukrayna nəhəngg sülhyaratma potensialına malikdir.

Demək olar ki, min beş ukraynalı əsgər 9 missiyada iştirak edir. Lakin ukraynalı sülhməramlıların münaqişə zonasında iştirakı hər iki tərəfin razılığı ilə olmalıdır və beynəlxalq təşkilatların mandatını almalıdır. Siyasi səviyyədə Ukrayna həmişə Azərbaycanın mövqeyini dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti