...

"AZADLIQ" BLOKU LALƏ ŞÖVKƏT VƏ "YENİ SİYASƏT"LƏ MÜTTƏFİQ OLACAQ

Siyasət Materials 24 Avqust 2005 20:01 (UTC +04:00)

"Azadlıq" bloku yaxın günlərdə Milli Birlik Hərəkatının lideri Lalə Şövkətlə və "Yeni Siyasət" blokunun rəhbərləri ilə bir araya gələcək. Trend in məlumatına görə, bu barədə "Azadlıq" blokunda təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər avqustun 24-də keçirdiyi mətbuat konfransında məlumat verib.

O, bildirib ki, "Azadlıq" bloku Lalə Şövkət və "Yeni Siyasət" blokunun liderləri ilə birgə seçkilərin müşahidəsi, seçkiqabağı mühitin demokratikləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərməyi planlaşdırır.

İsa Qəmbər əlavə edib ki, "Azadlıq" bloku sentyabrın 1-dən etibarən "Mənim adım hanı?" kampaniyası aparacaq. Bu kampaniyanın əsas məqsədi seçici siyahılarının düzgün tərtib olunmasına ictimai nəzarəti təşkil etməkdir. Milli Birlik Hərəkatı və "Yeni Siyasət" bloku ilə danışıqlarda onların da həmin kampaniyaya qoşulması müzakirə ediləcək.

İsa Qəmbər blokun seçkilərə hazırlığı barədə də məlumat verib, bildirib ki, namizədlərin seçkidə iştirakı prosesində yol verilən qanun pozuntuları ilə bağlı faktları toplayıb məhkəmələrə müraciət edəcəklər. Bunun üçün "Azadlıq" blokunun hüquq şöbəsinə konret tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti