...

HACIBABA ƏZİMOVUN "DAB"A EHTİYACI YOXDUR

Siyasət Materials 25 Avqust 2005 13:20 (UTC +04:00)

"Mənim təmsil olunduğum "Demokratik Azərbaycan Bloku"nun (DAB) dəstəyinə ehtiyacım yoxdur. Ümumiyyətlə blokların bir-birinə dəstək verməsi ilə bağlı əməkdaşlıq etmələri məntiqə sığmır" Bu barədə Trend agentliyinə DAB-da təmsil olan Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri professor Hacıbaba Əzimov bildirib.

Professor onu da qeyd edib ki, namizədi olduğu 74 saylı Lənkəran kənd seçki dairəsində böyük nüfuza malik olduğu üçün bu fikirdədir: "Mənim fikrimcə namizəd ilk növbədə xalqın dəstəyini qazanmalıdır, hansısa blokun dəstəyini yox".

Partiya sədri həmçinin vurğulayıb ki, müxalifətdən olan namizədlərin böyük əksəriyyəti cəmiyyətdə nüfuz sahibi deyillər: "Bloklar daha çox namizəd verməklə sanki yarışa giriblər. Seçki siyahılarına nəzər yetirməlidirlər ki, kimlərin adlarını bura salıblar".

H.Əzimov onu da bildirib ki, namizədi olduğu seçki dairəsində ondan şanslısı yoxdur.

Xəbər lenti

Xəbər lenti