...

PARLAMENT KOMİSSİYASI PAYIZ SESSİYASININ İŞ PLANINI TƏSDİQLƏYİB

Siyasət Materials 25 Avqust 2005 14:33 (UTC +04:00)

Avqustun 25-də təbii sərvətlər, energetika və ekologiya üzrə parlament komissiyası payız sessiyasının iş planını təsdiqləyib. Trend in məlumatına görə, komissiya "Milli parklar haqqında", "Kommunal xidmətlərin dövlət tərəfindən tənzimlənməsi haqqında" "Neft-qaz sənayesi tullantılarının tənzimlənməsi haqqında" qanun layihələrini başa çatdıraraq Azərbaycan Milli məclisinin (MM) müzakirəsinə verməyi planlaşdırır.

Payız sessiyasının iclaslarında 16 qanun layihəsi, o cümlədən Azərbaycan hökuməti və İslam İnkişaf bankı arasında "Xaçmaz" yarımstansiyasının tikintisinə $13,505 mln vəsaitin ayrılması və elektrik ötürücü xəttinin çəkilməsinə dair uzun müddətli sazişin təsdiq olunması məsələsi müzakirə ediləcək.

Komissiya parlamentin yaz sessiyasının yekunlarını təsdiqləyib. Yaz sessiyasında 8 iclas keçirilib, bir qanun layihəsi hazırlanıb, prezidentin qanunvericilik təşəbbüsü kimi 9 qanun layihəsi təsdiqlənib. Yaz və növbədənkənar sessiyalar dövründə komissiyaya 201 ərizə, şikayət və sənədlər daxil olub. Onların 163-nə baxılaraq müvafiq instansiyalara ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti