...

MURAD SƏDƏDDİNOV: SEÇKİ HUQUQU OLAN 1 MİLYONA YAXIN VƏTƏNDAŞ ŞƏXSİYYƏT VƏSİQƏSİ ALMAYIB

Siyasət Materials 25 Avqust 2005 16:44 (UTC +04:00)

Avqustun 25-də hüquq müdafiəçisi Murad Sadəddinov Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfrnası keçirib. Trend məlumat verir ki, hüquq müdafiəçisi tədbirdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı bəzi problemləri qabardıb.

M.Sadəddinov jurnalistlərin nəzərinə çatdırıb ki, seçkilərə az müddət qalmasına baxmayaraq seçki hüququ olan vətəndaşların bir hissəsi hələ də şəxsiyyət vəsiqəsi almayıb. "İki gün əvvəl Daxili İşlər Nazirinin muavini Oruc Zalov Gəncə şəhərində olarkən çıxışında da bildirib ki, əhalinin yalnız 79 faizi şəxsiyyət vəsiqəsi ilə təmin olunub.

Bu da 4,555 mln. nəfər edir. Nazir müavini özü də təsdiqləyib ki, seçki hüquqlu vətəndaşların 21 faizinin hələ də şəxsiyyət vəsiqəsi yoxdur. Belə çıxır ki, bu, vətəndaşların təxminən 1 milyona yaxın hissəsini təşkil edir".

Hüquq mudafiəçisi parlament seçkilərinə 73 gün qaldığı halda 1 milyon vətəndaşın müvafiq sənədlə təmin olunacağına inanmadığını açıqlayıb: "Əgər 4,555 mln. nəfəri 5 ilə təmin olunubsa, 1 milyon nəfəri 73 gün ərzində təmin olunması qeyri-mümkündür. DİN-in buna heç texniki imkanı da çatmaz".

Murad Sadəddinov şəxsiyyət vəsiqəsi almaması ilə bağlı Daxili İşlər Naziri tərəfindən bəzi müvafiq idarə rəislərinin cəzalandırılmasını məqsədəuyğun hesab etmir və bildirir ki, bu, problemi həll etmir. Öz növbəsində hüquq müdafiəçisi vəziyyətdən çıxış yolu da təklif edib.

O bildirib ki, ən yaxşı halda MSK təlimatlarına bəzi əlavələr olunmalıdır: "Təklif olunan bu əlavələr odan ibarətdir ki, vətəndaşlara seçkilərdə iştirak etmək üçün keçmiş sovet pasportlarından və "Forma-9"dan da istifadə etmək hüququ verilsin".

Hüquq müdafiəçisindən gələn növbəti təklifsə şəxsiyyət vəsiqələrinin vətəndaşlara təmənnasız paylanması ilə bağlı olub.

Murad Sadəddinov tədbirdə seçkiöncəsi vətəndaşlara seçki vəsiqələrinin paylanması məsələsinə də toxunub. "Məlum olduğu kimi, seçki vəsiqələri vətəndaşlara imza ilə verilməlidir. Yəni vətəndaş müvafiq sənədi imzalayıb həmin seçki vərəqəsini almalıdır.

Ancaq bu proses başqa cür həyata keçirilir. "Eyni küçədə yaşayan sakinlərə topasıyla seçki vərəqəsi verilir və həmin vərəqələrin qonşular arasında paylanması xahiş olunur. Bu da ciddi qanun pozuntusudur. Bundan başqa, seçki vərəqələrində çoxsaylı texniki qüsurlar var. Bütün bununla bağlı MSK rəhbərinə iradlarımızı bildirmişik".

M.Sadəddinov onu da bildirib ki, həmin seçki vəsiqələrindən əlavə, parlament seçkilərinə təxminən 20 gün qalmış vətəndaşlara ayrıca seçkilərə çağırış vərəqəsi də paylanacaq.

Xəbər lenti

Xəbər lenti