...

GƏNCƏDƏ İSTEHSAL MƏHSULLARININ SƏRGİSİ KEÇİRİLƏCƏK

Siyasət Materials 25 Avqust 2005 17:55 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax Regional İnkişaf şöbəsindən Trend nümayəndəsinə bildirilib ki, sentyabrın 2-də Gəncə şəhərində yerli istehsal müəssisələrinin məhsullarından ibarət sərgi keçiriləcək.

Sərgiyə Gəncə ilə yanaşı ətraf 9 rayonun 75 istehsal sahələri, şirkət və müəssisələri də qatılacaq. Tədbirdə İqtisadi İnkişaf naziri Fərhad Əliyev və digər dövlət rəsmiləri iştirak edəcək. Sərgidən sonra Nümayəndə Heyəti Gəncənin bəzi istehsal müəssisələrinin işi ilə tanış olacaq.

Nazir və digər nümayəndələr günün ikinci yarısında Gədəbəydə keçiriləcək sahibkarlıq şurasının növbəti iclasına da qatılacaq.

Xəbər lenti

Xəbər lenti