...

3 İL 6 AY ƏRZİNDƏ DİN RƏHBƏRLİYİ TƏRƏFİNDƏN 328 NƏFƏR POLİS İŞÇİSİ CƏZALANDIRILIB

Siyasət Materials 26 Avqust 2005 11:10 (UTC +04:00)

2002-2004-cü illər və 2005-ci ilin 6 ayı ərzində işgəncələrə və başqa hüquq pozuntularına görə ümumilikdə 328 DİN əməkdaşı cəzalandırılıb. Bu barədə Trend ə Avropa Şurası Yanında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.

Rəsmi statistik rəqəmlərə istinad edən hüquq müdafiəçisinin sözlərinə görə, həmin hüquq pozuntuları siyahısına polis işçiləri tərəfindən vətəndaşlara işgəncələr verilməsi, qanunsuz və əsassız polis şöbəsinə gətirilmələri və saxlanılmaları, əsassız yerə məsuliyyətə cəlb olunmaları və s. hərəkətlər daxildir.

"Rəsmi məlumatlara əsaslanıb deyə bilərəm ki, son 3 il 6 ay ərzində bu əməllərinə görə daxili işlər orqanının ümumilikdə 328 əməkdaşı cəzalandırılıb. Bunlardan 4 nəfəri həbs, 4 nəfərisə məhkum edilib. 13 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. 48 nəfər daxili işlər orqanlarından qovulub. 5 nəfər tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib. 5 nəfərin rütbəsi aşağı rütbəyə endirilib. 236 nəfər barədə isə başqa intizam tədbirləri görulub" - deyə hüquq müdafiəçisi bildirib.

Xəbər lenti

Xəbər lenti