...

BOLQARISTANDA NATO-NUN HƏRBİ-HAVA QÜVVƏLƏRİNİN TƏLİMLƏRİ BAŞLAYIB

Siyasət Materials 26 Avqust 2005 13:53 (UTC +04:00)

(İTAR-TASS) - Bolqarıstanda NATO-nun hərbi-hava qüvvələrinin "Koopereytiv ki - 2005" təlimləri başlayıb. Təlimlər avqustun 24-dən sentyabrın 5-nə qədər davam edəcək.

Bolqarıstanın Müdafiə Nazirliyndən bildiriblər ki, təlimlərdə NATO ölkələrinin - Balqarıstan, Kanada, Estoniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakmya, Sloveniya, Türkiyə və ABŞ-ın HHQ iştirak edir.

Təlimlərə müşahidəçi kimi "Sülh naminə tərəfdaşlıq" ölkələrinin nümayəndələri - Azərbaycan da daxil olmaqla Xorvatiya, makedoniya, Qazaxıstan, Moldova, İsveçrə, Ukrayna və Rusiya dəvət olunub. Tərəfdaş ölkə Albaniya və "Aralıq dənizi dialoqu" proqramının iştirakçısı olan İordaniya və Mavritaniya da təlimlərə dəvət olunub.

"Koopereytiv ki - 2005"-in keçirilməsində əsas məqsəd aviasiyanın iştirakı ilə həyata keçirilən sülhyaratma əməliyyatları zamanı komanda-qərargahlarının qarşılıqlı fəaliyyət göstərməsini məşq etməkdən ibarətdir. 10 gün ərzində kombinasiya edilmiş uçuşlar, komanda təlimləri taktiki qarşılıqlı təsir üsullarının nümayişi keçiriləcək.

Bütün aviasiya yarımbölmələri Plovdiv rayonunda "Krumovo" və "Qraf İqnatyev"dəki hərbi-hava bazalarında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti