...

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN DEBİTOR BORCLARI 1 TRLN MANATDIR

Siyasət Materials 26 Avqust 2005 14:36 (UTC +04:00)
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN DEBİTOR BORCLARI 1 TRLN MANATDIR

Azərbaycanın büdcə müəssisələri və təşkilatlarının DSMF-ə borcu 76 mlrd manata çatır. Bu barədə Əhalinin Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fondun debitor borcları cərimələr nəzərə alınmaqla 1 trln manat, cərimələrsiz isə 670 mlrd manatdır. Burada, həmçinin, silinmiş və restrukturlaşdırılmış borclar da əks olunub. Borcların 95%-i "köhnə", 2000-ci ildə qədər yaranmış borclardır. Onlar, əsasən, Bakı İcra hakimiyyətinin müxtəlif strukturlarının, Müdafiə Nazirliyinin ayrı-ayrı idarələrinin borcudur. AR DNŞ DF-yə köhnə və cari borcların ödənilməsi üzrə bütün öhdəlikləri yerinə yetirib və onun borcu yox səviyyəsindədir", - deyə S.Müslümov qeyd edib. O, həmçinin, bildirib ki, AZAL dövlət konserni, Azərbaycan dəmir yol idarəsi, Azərkimya Dövlət şirkəti, Azəriqaz QSC, Azərenerji ASC DSMF-ə "dondurulmuş" borcu olan iri dövlət müəssisələri sırasına daxildir. "Lakin 2000-ci ildən sonra bu müəssisələrin DF-yə cari borcu yoxdur", - deyə S.Müslümov əlavə edib.

Xəbər lenti

Xəbər lenti