...

DİVARLARA VƏRƏQƏLƏR YAPIŞDIRAN MÜSAVAT VƏ ADP GƏNCLƏRİ HƏBS OLUNUB

Siyasət Materials 26 Avqust 2005 19:03 (UTC +04:00)

Müsavat və Azərbaycan Demokrat Partiyasının (ADP) gənclər təşkilatlarının bəzi üzvləri, həmçinin "Məqam", "Çağrı" və "Son" Hərəkatlarının bir neçə fəalları həbs olunublar. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Avqustun 25-də gecə saatlarında bu təşkilatlar divarlara "Mənim adım hanı" kampaniyasına qoşulmağa çağırış edən vərəqələr yapışdırıblar. Avqustun 26-na keçən gecə polislər aksiya iştirakçılarını həbs etməyə başlayıblar. Həbslər Bakının Yasamal, Nərimanov rayonları ərazisində aparılıb.

Həbs edilənlər Müsavat Partiyasının üzvləri Rahid Bəşirov, İltifat Hüseynov, Sahib Cəbrayılov, Əhəd Məmmədli, "Son" Hərəkatının sədri Abbas Əliyev, həmçinin 6 nəfər ADP-dəndir. Tutulanların ümumi sayı 15 nəfərdir.

Yasamal rayon məhkəməsinin qərarı ilə İltifat Hüseynov 10 sutka, Nərimanov məhkəməsinin qərarı ilə Əhəd Məmmədli 10 sutka, Sahib Cəbrayılov isə 12 sutka azadlıqdan məhrum edilib. Rahid Bəşirov isə məhkəmədən yenidən polis bölməsinə qaytarılıb.

Hadisə ilə bağlı Müsavat Partiyası bəyanat verib, gənclərə qarşı təqibləri insan azadlığının pozulması, siyasi fəaliyyətin məhdudlaşdırılması kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti