...

ALMANİYA SƏFİRLİYİ SÜLHƏDDİN ƏKBƏRƏ VİZA VERMƏYİB

Siyasət Materials 26 Avqust 2005 19:17 (UTC +04:00)

Almaniyanın ölkəmizdəki səfirliyi Müsavat Partiyası başqanının müavini, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərə viza verməkdən imtina edib. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Qeyd edək ki, Sülhəddin Əkbər Almaniyanın Fridrix Nauman Fondu və Beynəlxalq Liderlik Akademiyasının birgə təşkil etdiyi və 28 avqust - 4 sentyabradək Almaniyanın Gumersbach şəhərində keçirilməsi nəzərdə tutulan "Beynəlxalq terrorizm və beynəlxalq təhlükəsizlik" mövzusunda seminara dəvət olunub.

Bu səfərin həyata keçirilməsi üçün viza verilməsi ilə bağlı S.Əkbər və Fridrix Nauman Fondu Almaniya Federativ Resbulikasının Azərbaycandakı səfirliyinə müraciət edib. Lakin səfirlik heç bir əsas göstərmədən və izahat vermədən viza verməkdən imtina edib.

Müsavat Partiyası avqustun 26-da bununla bağlı bəyanat verib və müxalifətə qarşı təzyiqlərin gücləndiyi bir vaxtda Avropa Birliyinin aparıcı ölkələrindən olan Almaniyanın Bakıdakı səfirliyinin S.Əkbərə qarşı bu addımının anlaşılmaz və qəbuledilməz olduğunu bildirib. Partiya Almaniya səfirliyindən yaranmış vəziyyətlə bağlı izahat verməsini gözlədiyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti