...

SƏRDAR DENKTAŞ: NƏ TÜRKİYƏ, NƏ DƏ AZƏRBAYCAN ŞİMALİ KİPR XALQINI ÖZ PROBLEMLƏRİ İLƏ BAŞ-BAŞA BURAXMAYACAQ

Siyasət Materials 29 Avqust 2005 11:08 (UTC +04:00)
SƏRDAR DENKTAŞ: NƏ TÜRKİYƏ, NƏ DƏ AZƏRBAYCAN ŞİMALİ KİPR XALQINI ÖZ PROBLEMLƏRİ İLƏ BAŞ-BAŞA BURAXMAYACAQ

"Kipr türkləri Şimali Kipr Türk Cümhuriyyətinin təcrid olunmasının aradan qaldırılması məsələsində göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdardır". Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 26-da Binə hava limanında ŞKTC-nin baş nazir müavini, xarici işlər naziri Sərdar Denktaş bildirib.

"Bu gün ŞKTC-dən Bakıya ilk aviareys açılıb. Bu tarixi hadisədir və mən hər birimizi bürüyən sevinc dolu hissləri sözlərlə ifadə edə bilmirəm. Bu uçuş sonuncu olmamalıdır", - deyə o bəyan edib.

Bu səfərin Kipr probleminin həllində əhəmiyyətini vurğulayan S.Denktaş qeyd edib ki, ŞKTC bu məsələnin nizama salınmasını, digər dünya dövlətlərinin də belə addım atmasını gözləyir.

Onun sözlərinə görə, Bakı-Lefkoşa aviareysi Kiprin yunan icmasını bu çoxillik problemin həlli üçün daha konstruktiv yollar tapmağa vadar edəcək.

"Bizim Bakıya səfərimizin məqsədi təcrid rejimindən tezliklə çıxmaq üçün yollar axtarmaqdır, - deyə o bildirib".

"Bilirəm ki, Azərbaycan hökumətinə ŞKTC ilə əlaqələrin kəsilməsi tələbi ilə dəfələrlə təzyiqlər göstərilib və belə cəhdlərin davam etdiriləcəyi istisna edilimir", - deyə xarici işlər naziri əlavə edib.

S.Denktaşın sözlərinə görə, üç gün davam edəcək qeyri-rəsmi səfər zamanı "Nə Türkiyə, nə də Azərbaycanın Şimali Kipr xalqını öz problemləri ilə baş-başa qoymayacağı" ilə bağlı konkret fikir səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti