"Biz Azərbaycana Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) pasportları ilə gəlmişik və buna görə dost Azərbaycan xalqına minnətdarıq". Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 29-da Binə hava limanında "Akdeniz" televiziya kanalının baş direktoru Şinasi Başaran bildirib.
"Biz Kipr türklərini tanıdığına görə Bakıya minnətdarıq", - deyə o vurğulayıb. Onun sözlərinə görə, üç günlük qeyri-rəsmi səfər çərçivəsində Azərbaycan və ŞKTC arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı danışıqlar aparılacaq.
Qeyd edək ki, sahibkarlar və jurnalistlərdən ibarət nümayəndə heyətinə ŞKTC-nin banisi və keçmiş prezidenti Rauf Denktaş və ŞKTC-nin XİN başçısı Sərdar Denktaş rəhbərlik edir.
Avqustun 30-da səfər çərçivəsində hər iki ölkənin sahibkarlarının iştirakı ilə Azərbaycan-Kipr biznes forumu keçiriləcək.