...

LATVİYA PREZİDENTİ AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ ERMƏNİSTANA SƏFƏR EDƏCƏK

Siyasət Materials 29 Avqust 2005 14:09 (UTC +04:00)

(Rosbalt) - Latviya prezidenti Vayra Vike-Freyberq oktyabrın əvvəllərində Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Bu, Latviya prezidentinin Zaqafqaziya ölkələrinə ilk rəsmi səfəri olacaq.

Latviya dövlətinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd əvvəllər Latviyanın təhlükəsizlik sahəsində uğurla əməkdaşlıq etdiyi perspektiv və tez inkişaf edən Qafqaz regionu ilə əlaqələri genişləndirməkdir. Zaqafqaziya ölkələri həmçinin böyük iqtisadi potensiala malik olduğundan latviyalı sahibkarlar həm nəqliyyat, həm də ticarət sahəsində bu regionla əlaqələri genişləndirməkdə maraqlıdır. Bundan əlavə, Latviya hesab edir ki, Qaqafqaziya ölkələri postsovet məkanında demokratiyanın yayılması nöqteyi nəzərindən strateji regionlardır.

Prezidenti səfər zamanı hökumətin üzvlərindən ibarət nümayəndə heyəti, işgüzar dairələrin nümayəndələri və Latviya seyminin bu ölkələrlə əməkdaşlıq qrupunun deputatları müşaiyət edəcək. Latviya prezidentinin Azərbaycan, Gürcüstan və Ermənistana səfəri oktyabrın 3-dən 8-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti