...

BU HƏFTƏ AZƏRBAYCANIN 7 GƏMİSİ RUSİYANIN DAXİLİ SULARINDAN KEÇƏCƏK

Siyasət Materials 29 Avqust 2005 15:55 (UTC +04:00)
BU HƏFTƏ AZƏRBAYCANIN 7 GƏMİSİ RUSİYANIN DAXİLİ SULARINDAN KEÇƏCƏK

Azərbaycan gəmilərinin Rusiya Federasiyasının daxili sularından keçməsi cari həftəyə planlaşdırılıb.Avqustun 29-da Azərbaycan Nazirlər Kabineti sədrinin birinci müavini Abbas Abbasov Trend agentliyinə eksklüziv bildirib ki, Rusiya hökumətindən keçməsinə icazə alınmış yeddi gəminin bu həftə Volqa-Don kanalına daxil olması planlaşdırılır.

Bundan öncə Xəzər dəniz gəmiçiliyində (KASPAR) bildirilmişdi ki, Volqa-Don kanalından keçəcək gəmilər Qara dəniz hövzəsindədir.

Cari ildə KASPAR-ın "Maestro Hiyazi", "Hatəvan" və "Rəsul Rza" gəmiləri artıq Volqa-Don kanalını keçib.

Xəbər lenti

Xəbər lenti