...

ELDAR NAMAZOVUN NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Siyasət Materials 29 Avqust 2005 17:04 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən biri, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun parlament seçkisində namizədliyi qeydə alınıb. Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib. E.Namazov 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Avqustun 29-da dairə seçki komissiyasında E.Namazovun imza vərəqələri yoxlanılıb və onun namizədliyinin qeydə alınmasına dair qərar çıxarılıb. Bununla "Yeni Siyasət" seçki blokunun qeydə alınan namizədlərinin sayı 40-a çatdı.

Xəbər lenti

Xəbər lenti