...

NOVRUZ MƏMMƏDOV: ŞİMALİ KİPR NÜMAYƏNDƏ HEYƏTİNİN SƏFƏRİ İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI KONTEKSTİNDƏ NƏZƏRDƏN KEÇİRİLİR

Siyasət Materials 29 Avqust 2005 18:06 (UTC +04:00)

Şimali Kipr sahibkarlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri rəsmi Bakı tərəfindən iqtisadi münasibətlərin inkişafı kontekstində nəzərdən keçirilir. Azərbaycan prezidenti İcra aparatının (PİA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklyüziv olaraq bu barədə Trend agentliyinə bildirib.

"Şimali Kiprin iş adamları buraya xüsusi səfərlə gəlib.Münasibətlər inkişaf etdirilir.Mən həmin səfərə bu kontekstdə baxıram" - deyə N.Məmmədov bildirib. Onun sözlərinə görə, o, Bakıda olan nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü barədə hər-hansı bir məlumata malik deyil.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nümayəndə heyəti avqustun 29-da üçgünlük səfərlə Bakıya gəlib.Missiyaya ŞKTC-nin keçmiş prezidenti Rauf Denktaş və xarici işlər naziri Sərdar Denktaş başçılıq edir.

Türkiyənin TRT telekanalının məlumatına əsasən, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti