...

AZƏRBAYCANDA İCTİMAİ TELEVİZİYA YAYIMA BAŞLAYIB

Siyasət Materials 29 Avqust 2005 19:30 (UTC +04:00)

Avqustun 29-da Bakıda Azərbaycan İctimai Televiziyasının (İTV) açılış mərasimi keçirilib. Trend agentliyi bildirir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Mərasimdə çıxış edən İTV-nin baş direktoru İsmayıl Ömərov bəyan edib ki, telekanal 3 ay müddətinə yaradılıb və bu, qeyri-rəsmi dairələrin təzyiqinə baxmayaraq baş tutub.İ.Ömərov vurğulayıb ki, biz ölkədə milli həmrəyliyi yaradan instituta çevriləcəyik.

Prezident İ.Əliyev ümid etdiyini bildirib ki, İTV efirdə öz yerini tapacaq.Onun sözlərinə görə, cari ildə, parlament seçkiləri ərəfəsində İTV-nin yaradılmasının xüsusi əhəmiyyəti vardır. "İnanıram ki, İTV bütün siyasi spektrləri əhatə edəcək, bütün namizədlər üçün bərabər imkanlar yaradacaq və burada ölkədə cərəyan edən bütün hadisələr öz əksini tapacaq"-deyə dövlət başçısı bildirib.Sonra o, telekanalın binasını və təchizatını nəzərdən keçirib, İTV-nin bayrağı qaldırılıb.Prezident isə telekanalın rəmzi pultunu sıxıb.

Keçmiş "Ozon" zavodunun (Respublika xəstəxanasının yanı) binasında yerləşən İTV artıq efirə hazırdır. Avqustun 29-dan rəsmi olaraq "Çağrı", "Xalq seçir", "Gerçəyin gözü", "Bura vətəndir", "Yeni gün", "Salam əsgər" və digər verilişlərlə yayıma başlayır.

Xəbər lenti

Xəbər lenti