...

ARAZ ƏLİZADƏNİN NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Siyasət Materials 29 Avqust 2005 19:32 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin parlament seçkisində namizədliyi qeydə alınıb.

Bu barədə Trend ə ASDP-dən məlumat verilib. A.Əlizadə namizədliyini 45 saylı Abşeron seçki dairəsindən irəli sürüb. ASDP-nin lideri, eks-prezident Ayaz Mütəllibovun imza vərəqələri dairə seçki komissiyasına təqdim olunub.

Partiyadan bildirilib ki, ASDP-nin qeydə alınan bütün namizədlərinin sənədlərinin yoxlanılması tam obyektiv, şəffaf və demokrtatik şəraitdə keçirilib, qanunun aliliyi, qərəzsizlik tam mənada gözlənilib.

"Bütün bunlar o deməkdir ki, prezidenti İlham Əliyevin seçkilərin azad və ədalətli şəraitdə keçiriləcəyi, seçkilərdə bütün namizədlərə bərabər hüquqların təmin olunacağı ilə bağlı bəyanatları reallıqda öz əksini tapır.

Biz ümid ediri ki, Azərbaycanın siyasi hakimiyyətinin bu istəyi seçkinin gələəck mərhələlərində də reallaşacaq və azad, ədalətli, şəffaf seçkilərdə Azərbaycan seçicisi vətənpərvər şəxslərdən ibarət olan parlament formalaşdıracaq"-deyə ASDP-nin bəyanatında bildirilir.

Xəbər lenti

Xəbər lenti