...

ALP VƏ MİLLİ BİRLİK HƏRƏKATI SENTYABRIN SONUNDA KÜTLƏVİ AKSİYA KEÇİRƏCƏK

Siyasət Materials 30 Avqust 2005 14:40 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası (ALP) və Milli Birlik Hərəkatı sentyabrın sonunda geniş kütləvi aksiya keçirəcək. Bu barədə Trend ə ALP-nin İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan məlumat verib. O bildirib ki, aksiyanın dəqiq tarixi yaxın zamanlarda müəyyən ediləcək.

Kütləvi aksiyada parlament seçkisinin azad, ədalətli keçirilməsi, demokratik seçki mühitinin yaradılması, seçkidə iştirak edən bütün namizədələr üçün bərabər şərait yaradılması, seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və digər məsələlərlə bağlı tələblər irəli sürüləcək.

Əvəz Temirxan onu da bilidrib ki, Lalə Şövkətin lideri olduğu Milli Birlik Hərəkatı ilə "Azadlıq" seçki bloku arasında əməkdaşlıq məsələsi gündəmdədir. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlığa dair sazişin bağlanması da mümkündür.

Xəbər lenti

Xəbər lenti