...

İXRAC VƏ İNVESTİSİYALARIN TƏŞVİQİ FONDUNUN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

Siyasət Materials 30 Avqust 2005 14:50 (UTC +04:00)

Avqustun 30-da Bakıda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (İİTF) təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə,iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, fond Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

F.Əliyev qeyd edib ki, yeni struktur İnvestisiyalar və konsultasiyaların təşviqi Fondunun əsasında yaradılıb ki, bu da onun funksiyalarına ixracın təşviqi siyahısının daxil edilməsi hesabına mümkün olub. Nazir bildirib ki, hazırda Azərbaycanın dünyanın 130 ölkəsi ilə ticarət münasibətlərinə malikdir və bu münasibətlərin inkişafınının böyük perspektivləri var.

Öz növbəsində, iqtisadi inkişaf nazirinin müavini Mikayı Cabbarov bəyan edib ki, Azərbaycan üçün yerli istehsal mallarının dünya bazarına, eləcə də Avropa, Asiya, eləcə də ABŞ ölkələrinin bazarlarına çıxmasının böyük əhəmiyyəti var.

BMT-nin İnkişaf proqramının (UNDP) rezident- əlaqələndiricisi Marko Borsotti ölkə iqtisadiyyatının diversifikasiyasının, ölkə sənayesinin qeyri-neft sektorunun inkişafının vacibliyini bildirib. O həmçinin bildirib ki, Azərbaycanda ixracın inkişafının uğurla inkişaf etdirilməsi spesifik strategiyanın kifayət qədər şəffaf olması zəruridir.

M.Borsotti Azərbaycanın regionlarının inkişafının vacibliyini qeyd edərək bildirib ki, ölkə faktiki olaraq subregional mərkəzdir.

Qeyd edə ki, AİİTF-nun yaradılması İKTF-nun səlahiyyətlərinin genişləndirilməsi barədə qərara əsasən və ona ixracyönlü istehsalın təşviqi üzrə öhdəliklərin əlavə edilməsi hesabına yaradılıb. Əvvəllər ölkədə xüsusi olaraq İxracın Təşviqi Fondunun yaradılması nəzərdə tutulsa da, sonradan bu ideyadan imtina edildi.

Xəbər lenti

Xəbər lenti