...

AMDP SENTYABRIN 10-DAN SİLSİLƏ ETİRAZ AKSİYALARINA BAŞLAYACAQ

Siyasət Materials 30 Avqust 2005 17:04 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) dövlət qeydiyyatı probleminin həll edilməməsinə etiraz əlaməti olaraq sentyabrın 10-dan başlayaraq Ədliyyə Nazirliyinin qarşısında silsilə aksiyalar keçirəcək. Bu barədə Trend ə AMDP-dən məlumat verilib. Partiyanın Siyasi Şurası avqustun 30-da silsilə aksiyalarla bağlı qərar qəbul edib. Qərara əsasən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmədən həftənin tək günləri (bazar ertəsi, çərşənbə, cümə) Ədliyyə Nazirliyinin binası qarşısında piketlər keçiriləcək.

AMDP-nin ilk piketi sentyabrın 12-də saat 11.00-da keçiriləcək. Piketdə AMDP-nin dövlət qeydiyyatına alınması tələb olunacaq. Partiyanın daha geniş kütləvi aksiyası sentyabrın 24-də keçiriləcək. Avqustun 24-də saat 16.00-da AMDP-nin "Qələbə" meydanında azad seçki tələbi ilə mitinqi olacaq.

Xəbər lenti

Xəbər lenti