...

SENTYABRIN 15-DƏ ASTANANIN BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNƏ QOŞULMASI İLƏ BAĞLI NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLƏCƏK

Siyasət Materials 30 Avqust 2005 18:32 (UTC +04:00)
SENTYABRIN 15-DƏ ASTANANIN BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNƏ QOŞULMASI İLƏ BAĞLI NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLƏCƏK

Sentyabrın 15-də Astanada Azərbaycan və Qazaxıstan işçi qrupunun Astananın Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinə qoşulması ilə bağlı növbəti görüşü keçiriləcək. Trend in məlumatına görə, bu barədə bu ölkənin bakıdakı səfiri Qazaxıstanın Konstitusiya Günü münasibəti ilə Andar Şukputov məlumat verib.

Diplomat qeyd edib ki, Qazaxıstanın BTC layihəsinə qoşulması barədə razılaşma hazırdır və nəzərdən keçirilmək üçün Azərbaycan tərəfinə təqdim olunub.

"Qazaxıstan tərəfi bu razılaşmanın mətninin nəzərdən keçirdikdən sonra "qeyri-prinsipial iradlarla" çıxış edib - deyə A. Şukputov bildirib. Onun sözlərinə görə, hazırda bu məsələnin müzakirəsi başa çatmaq mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti