...

RENE VAN DER LİNDEN: MƏN FƏXR EDİRƏM Kİ, AŞPA-NIN SIRALARINDA İLHAM ƏLİYEV VƏ MİXAİL SAAKAŞVİLİ KİMİ ŞƏXSLƏR OLUB

Siyasət Materials 30 Avqust 2005 20:20 (UTC +04:00)
RENE VAN DER LİNDEN: MƏN FƏXR EDİRƏM Kİ, AŞPA-NIN SIRALARINDA İLHAM ƏLİYEV VƏ MİXAİL SAAKAŞVİLİ KİMİ ŞƏXSLƏR OLUB

Azərbaycan və Gürcüstan prezidentlərinin AŞPA-da öz ölkələrinin nüiayəndə heyətinə başçılıq etməsi faktı "Assambleyanın demokratiya məktəbi kimi əhəmiyyətini sübut edir.Onlarla söhbət zamanı mən əmin oldum ki, Avropa Şurasında qazanılmış siyasi təcrübə onların hazırkı siyasətində mühüm rol oynayır.Mən fəxr edirəm ki, AŞPA-nın sıralarında belə hömətli adamlar olub". Trend bildirir ki, bu barədə İTAR TASS-a müsahibəsində AŞPA-nın sədri Rene van der Linden Cənubi Qafqaz ölkələrinə rəsmi səfərinin yekunlarını şərh edərkən bəyan edib.

Azərbaycandakı vəziyyətə toxunan R. van der Linden bildirib ki, səfər zamanı 6 noyabrda keçiriləcək parlament seçkiləri barədə bir sıra söhbətlər aparıb. Bununla bağlı olaraq AŞPA sədri ümid etdiyini bildirib ki, seçkilər "azad və ədalətli olacaq ".

" Hökumət bütün mümkün olanı etməlidir ki, müxalifət əleyhinə istənilən zorakılıq hallarından uzaq olsun, bütün ölkədə toplantı azadlığı təmin edilsin " -deyə o vurğulayıb.Seçki prosesini müşahidə etmək üçün Avropa Şurası Azərbaycana böyük nümayəndə heyəti göndərir.

AŞPA sədrinin sözlərinə görə, Azərbaycan hökuməti onu əmin edib ki, parlament seçkilərinin uğurlu təminatı üçün mümkün olan hər bir şeyi edəcək. "Məndə belə bir təəssürat yaranıb ki, əgər ölkə Avropa cəmiyyətinin tamhüquqlu üzvü olmaq istəyirsə, onda azad və ədalətli seçkilər həqiqətən hökumətin marağındadır.Yox əgər siz Avropa ailəsinə can atırsınızsa, onda beynəlxalq cəmiyyətə sübut etmək lazımdır ki, bütün tələblər yerinə yetirilir.Seçkilər belə bir sübuta xidmət edir "-deyə R. van der Linden bildirib.

Ermənistanda və Azərbaycanda aparılan danışıqlarda ən əhəmiyyətli yeri Dağlıq Qarabağ problemi tutub. R. van der Lindenin fikrincə, AŞPA-nın rəsmi kommunikesində məlumat verilir ki, iki qonşu dövlətdə demokratiyanın inkişafı münaqişənin nizama salınması üçün əlverişli mühitin yaranmasına kömək edəcək. O, həmçinin PA çərçivəsində maraqlı olan tərəflərin nümayəndə heyətini yönəldə biləcək parlament diplomatiyasına kömək etmək niyyətini də bəyan edib.Bu səylər ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ üzrə ikitərəfli diplomatiya və fəaliyyətinə əlavələr olacaq -deyə sənəddə qeyd olunur.

Mövzunu genişləndirən AŞPA sədri bəyan edib ki, Dağlıq Qarabağ probleminin nizama salınması prosesində həlledici rol Ermənistan və Azərbaycan prezidentlərinə məxsusdur.

" Mən regionun gələcəyinin Dağlıq Qarabağın sülh yolu ilə nizama salınmasından asılı olduğunu düşünərək hər iki prezidentlə görüşdə çox ümidli idim.Bunsuz orada sabitliyə, sülhə və tərəqqiyə zəmanət olmayacaq " -deyə R. van der Linden əlavə edib. AŞPA sədri bununla bağlı olaraq ümid etdiyini bildirib ki, bu problemin sülh yolu ilə həlli üçün "Rusiya şəraitin yaradılmasında konstruktiv rol oynayır".

Van der Linden bildirib ki, AŞPA-nın oktyabr sessiyası zamanı o, özünün həmin ölkələrə səfərinin nəticələrini qiymətləndirmək məqsədilə Ermənistan, Gürcüstan və Azərbaycanın nümayəndə heyətinin başçıları ilə görüşəcək. O, həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün şəraitin yaradılmasında Avropa Şurasının öz tərəfindən buna necə kömək etməsini məsləhətləşmək məqsədilə həmin ölkələrin parlament spikerlərini Strasburqa birgə görüş keçirmək üçün dəvət etmək niyyətindədir.

AŞPA sədri həm də Cənubi Qafqazda hazırkı və potensiallı münaqişələrin nizama salınmasında Rusiyanın rolunu gördüyünü deyib. "Rusiya regionda böyük nüfuza malikdir və öz arzusu ilə çox konstruktiv rol oynaya bilər.Mənim nəzərimcə, Rusiyanın insan haqlarına hörmət edən müasir hüquqi dövlətinin yaradılmasına yolunun davam etdirilməsini genişləndirmək bizim edə biləcəyimiz ən yaxşı işdir" -deyə o bildirib.Onun fikrincə, bu proses Rusiyanın regiondakı "mühüm konstruktiv roluna" kömək edəcək.

"AŞPA-nın prezidenti olaraq mən Rusiya ilə əməkdaşlığa böyük səy ayırıram " -deyə R. van der Linden vurğulayıb.O, xatırladıb ki, gələn il RF AŞ sədrinin yerini tutacaq.

Bununla bağlı olaraq AŞPA rəhbəri ciddi gözləyir ki, "Rusiya belə bir imkandan istifadə edəcək ki, proseslərdə / Cənubi Qafqazda nizama salınma/ öz üzərinə təşəbbüs götürmək iqtidarını nümayiş etdirsin".

Xəbər lenti

Xəbər lenti