Azərbaycan prezidenti İlham Əliyev avqustun 30-da Malayziyanın Ali başçısı Tuanku Seyid Siracuddin Rutra Camallullailə və baş nazir Abdulla Əhməd Badaviyə həmin ölkənin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
Trend - in məlumatına əsasən, məktubda Azərbaycanla Malayziya arasında dostluq münasibətlərinin bundan sonra da hər iki xalqın rifahı naminə inkişaf etdiriləcəyinə əminlik bildirilir.