...

ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİ AYRICA BİNAYA KÖÇƏCƏK

Siyasət Materials 31 Avqust 2005 12:52 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyi yaxın vaxtlarda ayrıca binaya köçəcək. Trend in məlumatına görə, bu barədə ŞKTC-nin baş nazir müavini və xarici işlər naziri Sərdar Denktaş avqustun 31-də keçirilmiş mətbuat konfransında bildirib.

"Avqustun 30-da Kipr tərəfindən ŞKTC-nin nümayəndəliyinin ayrıca binaya köçməsi və onun ştatının genişləndirilməsi ilə bağlı tapşırılıq verilib", - deyə o qeyd edib. Bu günə kimi "ticarət şirkəti" statusu ilə fəaliyyət göstərən nümayəndəliyin statusunun dəyişdirilməsinə gəldikdə isə, S.Denktaş statusun heç bir əhəmiyyət kəsb etmədiyini və ikitərəfli əlaqələrin inkişafında maneə törətmədiyini bildirib.

"Ən başlıcası nümayəndəliyin fəaliyyət göstərməsidir, digər məsələlər isə zamanla həll olunacaq", - deyə xarici işlər naziri əlavə edib. O, həmçinin xatırladıb ki, ŞKTC-nin müxtəlif statuslu nümayəndəlikləri artıq ABŞ, Böyük Britaniya və Pakistanda fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti