...

QADINLARIN SEÇKİDƏKİ FƏALLIĞININ SƏVİYYƏSİ MÜZAKİRƏYƏ ÇIXARILIB

Siyasət Materials 31 Avqust 2005 15:25 (UTC +04:00)

Qadın Konsensus Mərkəzi parlament seçkiləri ərəfəsində qadınların fəallığının səviyyəsinə dair monitorinq aparıb. Trend in məlumatına görə, bu barədə avqustun 31-də Beynəlxalq Mətbuat Mərkəzində "Parlament seçkiləri və Azərbaycan qadınları" mövzusunda keçirilən keçirilən dəyirmi masada Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı məlumat verib. O, bildirib ki, ölkə üzrə potensial seçicilərin çoxu qadınlar olduğu halda, onların siyasi cəhətdən fəallığı və seçkidə iştirakı xeyli aşağı səviyyədədir.

Qadınların seçkidə iştirakının səviyyəsi, onların qarşısında dayanan problemlər və digər buk imi məsələlər dəyirmi masa iştirakçılarının müzakirəsinə çıxarıldı. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib ki, Azərbaycan cəmiyyətində qadınların statusu yalnız onlara ayrılan kvota ilə müəyyənləşir.

F.Qəzənfəroğlunun fikrincə, qadınların passivliyinin səbəbləri onların hüquqlarının az olması, həmçinin siyasi proseslərdə çirkin əks-təbliğat, ləkələmə kampaniyaları ilə üzləşmək qorxusudur. verilməsindən ibarətdir. Qadınlara yaradılan süni maneələr də onları seçki prosesindən çəkindirən amillərdəndir.

Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva bildirib ki, qadınların siyasi fəallığının aşağı olması həm milli mentalitetlə, həm hakimiyyətin yaratdığı problemlərlə, həm də qadınlarının özlərinin laqeydliyi ilə bağlıdır.

ADP funksioneri partiya fəalları olan qadınların siyasi aksiyalarda, piketlərdə zorakılıqlara məruz qalmasından da danışıb. O, qadınlarla bağlı ən acınacaqlı vəziyyətin regionlarda olduğunu deyib, daha çox bölgə qadınlarının siyasi cəhətdən passivliyini, seçkilərdə iştirak etmədiklərini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin müəllimi Nüşabə Məmmədli isə qeyd edib ki, qadınlar bütün sahələrdə önə çıxmağa çalışkən kişilərin qısqanclığı ilə üzləşir və bu, onlara maneələr yaradır.

Onun sözlərinə görə, siyasi proseslərdə kənarda qalan qadınları öz mənəviyyatlarını qoyumaq ehtiyatlandırır. Həmçinin seçkilərin normal, tam demokratik keçirilməməsi qadınları anormal seçkidə iştirak etməkdən çəkindirir.

Xəbər lenti

Xəbər lenti