...

"YENİ FİKİR" GƏNCLƏR TƏŞKİLATININ ÜZVLƏRİ ÖLÜM ACLIĞINA BAŞLADILAR

Siyasət Materials 31 Avqust 2005 18:46 (UTC +04:00)

"Yeni fikir" gənclər Təşkilatının üzvləri avqustun 31-də səhər saatlarında aclıq aksiyasına başladılar.

Bu barədə Trend ə təşkilatın sədr müavini Fikrət Fərəməzoğlu məlmumat verib. O bildirib ki, onlar ölüm aclığına qərar veriblər. Buna görə də aclıq aksiyası müddətsizdir.

Sədr müavini bildirib ki, aclıq aksiyasını hələki 5 nəfər təşkilat fəalı keçirir. Onlar Ramin Tağıyey, Xətai Qasımov, Ramin Sarıyev, Namiq Seydiyev və Amid Kərimovdur. Aksiya "Yeni fikir" təşkilatının ofisində keçirilir.

Hələlik aksiyaçılar müayinədən keçməyiblər, lakin ayrı-ayrı şəxslər onlara baş çəkməyə gediblər.

Fikrət Fəraməzoğlu bildirib ki, aclıq aksiyasına yeni qoşulanlar olacaq və onların sayı getdikcə artacaq. Ölüm aclığı elan edənlər "Yeni fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin azadlığa buraxılmasını və bu təşkilata qarşı təzyiqlərə son qoyulmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti