...

İSA QƏMBƏR: "BİZ İNQİLABA HAZIRLAŞMIRIQ"

Siyasət Materials 31 Avqust 2005 19:40 (UTC +04:00)

"Biz ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsi üçün mübarizə apardığımıza görə seçkilərə hazırlaşırıq, hər hansı bir inqilaba yox" Bu barədə Trend agentliyinə "Azadlıq" blokunda təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Müsavat başqanı onu da bildirib ki, əgər hakimiyyət seçkiləri saxtalaşdırmazsa onda kütləvi aksiyalara ehtiyac qalmayacaq: "Yox əgər, hakimiyyət əvvəlki qaydada addım atacaqsa onda demokrtaik hərəkat qaçılmaz olacaq"

İsa Qəmbər hakimiyyətə mesaj ünvanlamağı da unutmayıb. Bildirib ki, demokratik hərəkatla və kütləvi aksiyalarla üzləşmək istəmirsə seçkiləri öz inhisarına almasın: "Dünyanın diqqəti indii Azərbaycanda keçiriləcək şəffaf seçkilərə yönəlib. Bunu pozmaq istəyən qüvvələr bizim gücümüzü görə bilərlər"

Xəbər lenti

Xəbər lenti