...

"YENİ SİYASƏT" VƏ "DEMOKRATİK AZƏRBAYCAN" BLOKLARI ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏCƏKLƏR

Siyasət Materials 31 Avqust 2005 19:42 (UTC +04:00)

Avqustun 31-də "Yeni Siyasət" Seçki Blokunun Koordinasiya Şurasının üzvləri ilə "Demokratik Azərbaycan" Seçki Blokunun həmsədrləri arasında görüş keçirilib.

Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib. Görüşdə iki blok arasında əməkdaşlıq məsələləri, namizədlərin təbliğatının qurulması, seçki kampaniyasının gedişində fəaliyyətin koordinasiya olunması və digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı həmçinin ölkədəki ictimai-siyasi mühit, beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərə diqqəti ətrafında fikir mübadiləsi aparılıb. Sonda iki blok arasında əməkdaşlığın intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti