...

ZAKİR QARALOV GÜRCÜSTANIN BAŞ PROKURORUNA MÜRACİƏT EDİB

Siyasət Materials 1 Oktyabr 2005 13:28 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov Gürcüstan Respublikasının Baş Prokuroruna müraciət edib. Trend in məlumatına görə, Baş Prokurorun müraciətinə səbəb "Monitor" jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun qatilləri ilə bağlı həmin ölkədə araşdırmaları davam etdirməklə bağlıdır.

Z.Qaralov: "Bilirsiniz ki, bizim Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir qədər əvvəl Gürcüstan səfərindən qayıdıblar. Səfər nəticəsində əldə olunan materialları təhlil etmişik. Bundan sonra həmin ölkədə əlavə tədbirlər həyata keçirmək məqsədilə mən yenidən Gürcüstan Respublikasının Baş Prokuroruna müraciət etmişəm. Hazırda həmin müraciətin cavabını gözləyirik".

Baş Prokuror bildirib ki, eyni zamanda cinayətkarların axtarışı da davam edir.

Xəbər lenti

Xəbər lenti