...

VENESİYA KOMİSSİYASININ NÜMAYƏNDƏSİ AZƏRBAYCANDADIR

Siyasət Materials 1 Oktyabr 2005 13:40 (UTC +04:00)

Avropa Şurası Venesiya komissyiasının (VK) seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuzneçov Bakıya səfərə gəlib.Bu barədə Trend VK katibliyinə istinadən bildirir.Səfərdə Kuzneçov bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək və Azərbaycandakı seçkiqabağı vəziyyəti müzakirə edəcək.

Bundan öncə, Trend ə müsahibəsində S. Kuzneçov bəyan etmişdi ki, sentyabrın sonunadək VK Azərbaycan üzrə son qərar qəbul edəcək və bunu rəsmi qaydada respublika rəhbərliyinə təqdim edəcək.

Sentyabrın əvvəlində VK və ATƏT-in demokratik institutlar və insan haqları Bürosu (DİİHB) Venesiya Komissiyası və ATƏT-in Azərbaycanın Seçki Məcəlləsi üzrə son birgə qiymətləndirmə mətninin layihəsini açıqlamışdı.

Sənəddə qeyd olunub ki, Azərbaycanın Seçki Məcəlləsinə dəyişiklik və əlavələr seçki qanunvericiliyi və seçki praktikasına ictimai etimadın formalaşdırılması üçün kifayət deyil, 2003, 2004 və 2005-ci illərin tövsiyələri isə respublika hökuməti tərəfindən yerinə yetirilməyib.

2005-ci il 26 iyunda AR Milli Məclisi tərəfindən seçki Məcəlləsinə beynəlxalq standartlara cavab verən və əksəriyyətinin isə ATƏT və VK tövsiyələrinə müvafiq olan bəzi əlavələrin edilməsinə baxmayaraq həmin qanun hazırkı şəkildə qənaətbəxş adlandırıla bilməz.

Xəbər lenti

Xəbər lenti