...

BAKIDA DAXİLİ TURİZM SƏRGİSİ AÇILIB

Siyasət Materials 1 Oktyabr 2005 13:52 (UTC +04:00)
BAKIDA DAXİLİ TURİZM SƏRGİSİ AÇILIB

Azərbaycan ölkəyə gələn turistlərin sayının artmasına görə ilk yerlərdən birini tutur. Bu göstərici 25-30% təşkil edir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq daxili turizm sərgisi təşkil olunub və bu, turizm sektorunun sabit inkişafından xəbər verir. Son 3 il ərzində ölkədə 52 turizm obyekti - otellər, mehmanxanalar, istirahət mərkəzləri tikilib. Təkcə yay mövüsümündə 500 mindən artıq adam Azərbaycanın müxtəlif istirahət mərkəzlərində istirahət edib.

Beynəlxalq turizm gününə həsr olunmuş sərgidə 50-yə yaxın şirkət iştirak edir.

Tədbirin təşkilatçısı Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyidir. Sərgidə yerli turizm şirkətləri, bu sahədə fəaliyyət göstərən otel və mehmanaxanalar öz xidmət və məhsullarını, iş imkanlarını nümayiş etdirir.

Sərgidə Nabranda yerləşən 3 istirahət mərkəzinə sertifikatlar - ulduzlar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti