...

LATVİYA BAKIDA SƏFİRLİYİNİ AÇIR

Siyasət Materials 1 Oktyabr 2005 13:58 (UTC +04:00)

Latviya Azərbaycanda səfirlik açmaq niyyətindədir. Bu barədə Trend ə diplomatik mənbələrdən məlumat daxil olub.

Latviyanın Bakıda daimi fəaliyyət göstərən diplomatik nümayəndəliyini açması niyyəti barədə bu ölkənin prezidenti Vayra-Vika Freyberqin Azərbaycana rəsmi səfəri gedişində elan olunacağı gözlənilir. Latviya tərəfi səfirliyn açılması ilə bağlı işlərə cari ildə başlamaq fikrindədir. Bu niyyət isə yalnız gələn il baş tutacaq.

Qeyd edək ki, Vayra Vika-Freyberqin Azərbaycana səfəri oktyabrın 3-4-də həyata keçiriləcək. Səfər zamanı dövlət başçısını hökumət üzvlərinin daxil olduğu nümayəndə heyəti, eləcə də 50-yə yaxın latviyalı sahibkar müşaiyət edəcək. Səfər çərçivəsində iqtisadi, elmi, texniki, mədəni, müdafiə, gömrük və investiyalara yardımla bağlı 6 sənədin imzalanacağı gözlənilir.

Azərbaycan Latviyada səfirliyini bu ilin sentyabrında açıb. Azərbaycanın bu ölkədə Fövqəladə və Səlahiyyətli səfir keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdur.

Xəbər lenti

Xəbər lenti