...

ƏBÜLFƏZ QARAYEV: AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMI HAZIRLANIR

Siyasət Materials 1 Oktyabr 2005 14:14 (UTC +04:00)
ƏBÜLFƏZ QARAYEV: AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMI HAZIRLANIR

Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi ölkədə turizmin inkişafı üzrə dövlət proqramının layihəsini hazırlayır. Trend in xəbər verdiyi kimi, bu barədə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev oktyabrın 1-də keçirilmiş mətbuat konfransında bildirib.

Sənəd 2006-cı ildən etibarən 10 il müddətində həyata keçiriləcək. Nazirin fikrincə, bu, Azərbaycanın turizm zonasına çevrilməsi istiqamətində real imkanlar yaradacaq.

Proqramda, həmçinin, ekoloji problemlər, otellərin və mehmanxana tipli obyektlərin tikintisi ilə bağlı məsələlər də nəzərdə tutulub.

Nazirlik turizm sektorunun inkişafı üçün hökumət tərəfindən kreditin ayrılması ilə bağlı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparır.

Nazirin sözlərinə görə, bəzən fərdi şəxslərin kredit götürərək turizm obyektlərini lazım olmayan yerdə tikmələri ilə əlaqədar nazirlik bu məsələni qabaqcadan razılşdırmağı tələb edir.

Yaxın vaxtlarda Nazirlikdə struktur dəyişikliklər gözlənilir.

Ə.Qarayevin sözlərinə görə, fəaliyyətləri məhz turizmin inkişafına yönəldilmiş yeni strukturlar yaradılacaq.

O, həmçinin, əlavə edib ki, ölkədə turizm shəsində kadrların hazırlanması üzrə xüsusi ali təhsil müəssisələrinin yaradılması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti