...

MSK TƏRƏFİNDƏN SEÇİCİ SİYAHILARININ DƏQİQLƏŞDİRİLMƏSİ BAŞA ÇATIB

Siyasət Materials 1 Oktyabr 2005 14:34 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi oktyabrın 1-də başa çatıb.

MSK-nın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bir neçə gündən sonra ölkə üzrə seçicilərin yekun sayı məlum olacaq.

Bu rəqəm bütün dairə seçki komissiyalarından seçicilərin yekun siyahılarının MSK-ya daxil olması və aparılan son dəqiqləşdirmə işlərindən sonra məlum olacaq.

Lakin artıq oktyabrın 1-dən sonra MSK seçici siyahılarına heç bir əlavələr, dəyişikliklər edə, vətəndaşların adlarını siyahılara daxil edə bilməz. Bundan sonra seçici siyahılarında düzəlişlər yalnız məhkəmə yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən, seçki gününə 35 gün qalmış MSK tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılmalıdır.

Bundan sonra 35 gün ərzində vətəndaşlar həm seçki məntəqələrinə müraciət edərək, həm də MSK-nın internet saytına daxil olaraq seçici siyahılarında öz adlarnı axtara bilərlər.

Əgər seçicilər müvafiq dairə üzrə siyahıda öz adlarını tapa bilmirsə, seçki gününə qədər məhkəməyə müraciət etməlidirlər. Seçici bu yolla adının siyahıda bərpa edilməsinə nail ola bilər.

Xəbər lenti

Xəbər lenti