...

"AZADLIQ" BLOKUNUN DEPUTATLIĞA NAMİZƏDLƏRİ ACLIQ AKSİYASINI NÖVBƏLİ ŞƏKİLDƏ HƏYATA KEÇİRƏCƏK

Siyasət Materials 1 Oktyabr 2005 14:35 (UTC +04:00)

"Azadlıq" bloku üzvlərinin aclıq aksiyası növbəli şəkildə həyata keçiriləcək" Bu barədə Trend agentliyinə aclıq aksiyasına qoşulan Müsavat Partiyasının Divan üzvü, deputatlığa namizəd Qabil Hüseynli bildirib.

Q.Hüseynli qeyd edib ki, sentyabrın 30-da aclıq aksiyasına ilk start verən "Azadlıq" blokunun 6 üzvü missiyalarını oktyabrın 2-də başa vuracaq: "Qərara alınıb ki, hər üç gündən bir blokun 6 namizədi aclıq aksiyası keçirsin. Biz öz missiyamızı başa vurduqdan sonra yerimizi digər 6 namizəd tutacaq. Beləliklə tələblərimiz yerinə yeti rilənədək prosesi başa vuracağıq".

Aksiya iştirakçısı qeyd edib ki, onlarla "Frans-Press" agentliyindən və Türikyənin "Hüriyyət" qəzetindən maraqlanıblar: "Amal" Ziyalılar Hərəkatının rəhbəri Xaliq Əlimirzəyev və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri də bizə baş çəkiblər. Aksiyamızla bağlı artıq bütün dünya məlumatlıdır".

Qeyd edək ki, "Azadlıq" blokuna daxil olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyasının hər birindən iki nümayəndə sentyabrın 30-dan aclıq aksiyasına start veriblər. Məqsəd seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və iqtidar tərəfindən icazəsiz mitinqlərin keçirilməsinə şəraitin yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti