...

AZƏRBAYCAN PREZİDENTİ "ŞƏRQ-QƏRB" KİNO FESTİVALININ İŞTİRAKÇILARINA TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Siyasət Materials 1 Oktyabr 2005 18:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 1-də "Şərq-Qərb" 7-ci beynəlxalq Bakı kino festivalının iştirakçılarına təbrik məktubu göndərib. Trend in məlumatına görə, məktubda prezident bu kino festivalının Azərbaycan üçün əlamətdar olan bir dövrdə keçirildiyini bildirib. "Yaxın perspektivdə biz mühüm bir hadisənin - Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin istismara verilməsinin şahidi olacağıq. Əminəm ki, bu layihənin reallaşdırılması bütün sektorların inkişafı üçün mühüm təkan olacaq",- deyə müraciətdə bildirilib.

Sənəddə həmçinin bildirilir ki, iqtisadiyyatda əldə olunmuş irəliləyişlər bir daha Azərbaycanın Şərqlə Qərb arasında iqtisadi körpü olduğunu bir daha sübut edir. "Fərəhli haldır ki, iqtisadi münasibətlərlə yanaşı, kino xadimləri arasında da əməkdaşlıq uğurla inkişaf edir. Ümid edirəm ki, bu festival onun iştirakçılarının yaddaşında ən yaxşı təəssüratlar qoyacaq",- deyə prezidentin məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti