...

METTYU VESTFOL: ERMƏNİSTANIN ASİYA İNKİŞAF BANKININ ÜZVLÜYÜNƏ DAXİL OLMASI FAKTI BANKIN AZƏRBAYCANA QARŞI SİYASƏTİNİ DƏYİŞMƏYƏCƏK

Siyasət Materials 3 Oktyabr 2005 11:07 (UTC +04:00)
METTYU VESTFOL: ERMƏNİSTANIN ASİYA İNKİŞAF BANKININ ÜZVLÜYÜNƏ DAXİL OLMASI FAKTI BANKIN AZƏRBAYCANA QARŞI SİYASƏTİNİ DƏYİŞMƏYƏCƏK

Ermənistanın Asiya İnkişaf Bankının səhmdarları sırasına daxil olması bankın Azərbaycana qarşı siyasətinə təsir etməyəcək. Bu barədə Trend ə eksklüziv olaraq AİB-in Azərbaycandakı missiyasının rezidenti Mettyu Vestfol (Matthew S. Westfall) bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan bankın səhmdarı olan sonuncu ölkədir.

"Ermənistan AİB-in 64-cü üzvüdür. O, AİB üzvlərinin ümumi sayının 0,301%-ni təşkil edən 10 557 səhmə malik olmaqla, regiondan ümumi səslərin 0,85%-ni və AİB üzvlərinin ümumi səslərinin 0,553%-ni təşkil edən 24 266 səs hüququ var. Azərbaycan isə regiondan ümimi səslərin 1,032%-ni, AİB üzvlərinin ümumi səslərinin isə 0,671%-ni təşkil edən 29 445 səsə malikdir", - deyə direktor qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın bankın üzvlüyünə qəbuluna ölkənin coğrafi mövqeyi mane olmayıb. "AİB-in 64 üzvündən yalnız 46-sı Asiya-Sakit okean regionunu təmsil edir və Şimali Amerika və Avropa da daxil olmaqla regiondan kənarda yerləşən digər üzv ölkələrlə əməkdaşlıq edir.

Ermənistan regional üzvdür, belə ki, o, Asiya və Sakit okean regionunun İqtisadi Sosial Komitəsinin üzvüdür", - deyə M.Vestfol vurğulayıb.

Qeyd edək ki, AİB Azərbaycana kredit və qrant ayırmaqla yanaşı, BMT-nin minilliyin inkişafı məramına çatmaq üçün 2006-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və sabit inkişaf üzrə dövlət proqramının hazırlanması üzrə birgə bəyannaməni imzalamış beynəlxalq maliyyə institutudur.

Hazırda AİB bu bəyannaməni imzalamış və proqramın hazırlanmasına $850 məbləğində qrant ayırmış birinci institutudur.

Xəbər lenti

Xəbər lenti