...

ZABRAT, MAŞTAĞA, NARDARAN VƏ BİLGƏH KƏNDLƏRİ SEÇKİLƏRDƏN İMTİNA EDƏ BİLƏR

Siyasət Materials 3 Oktyabr 2005 12:17 (UTC +04:00)

"Hüquqlarım bərpa olunmasa, Zabrat, Bilgəh, Maştağa və Nardaran kəndləri məni dəstəkləyərək seçkiyə qoşulmaqdan imtina edəcək". Bu barədə Trend agentliyinə Azərbaycançı Qüvvələr seçki blokunda təmsil olunan İslam Partiyasının sədri Hacı Hacıağa Nuri bildirib.

H.Nuri qeyd edib ki, namizədliyi ləğv olunan 28 saylı Sabunçu üçüncü seçki dairəsinə daxil olan əksər kəndlər ona müraciət edib: "Onlar mənimlə həmrəydirlər. Bildiriblər ki, seçkiyə qatılmayacaqlar.

Ancaq mən onlara hələ gözləməyi təklif etmişəm. Əgər hüquqlarım bərpa olunmasa, öz mövqeyimi bildirəcəm". O, oktyabrın 3-də Ali Məhkəmənin Plenumuna, Konstitusiya Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək: "Vəkilimlə məsələhətləşib sənədlərimi lazımi instansiyalara göndərəcəm. Görək nə olur"

Zərərçəkən onu da qeyd edib ki, ATƏT-in seçki öncəsi hesabatı ilə bağlı sənədində hüququ pozulan bir sıra namizədlər sırasında o da göstərilib: "İnanıram ki, hüquqlarım bərpa olunacaq".

Qeyd edək ki, H.Nurinin namizədliyi 28 saylı Sabunçu üçüncü seçki dairəsindən qeydə alınsa da, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv edilib. MSK-nın qərarından Apellyasiya Məhkəməsinə, oradan isə Ali Məhkəməyə müraciət etməsinə baxmayaraq, onun namizədliyinin ləğvi barədə qərar qüvvədə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti