...

AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASINA ÜÇ GÜN VAXT VERİLİB

Siyasət Materials 3 Oktyabr 2005 12:50 (UTC +04:00)

"Əlibəy Hüseynzadə 96 ünvanda yerləşən Azərbaycan Milli Demokrat Partiyasına (AMDP) qərargahı boşaltmaq üçün üç gün vaxt verilib". Bu barədə Trend agentliyinə AMDP sədrinin birinci müavini Oqtay Xəlilli bildirib.

O.Xəlillinin sözlərinə görə, bu ünvanda partiyanın qərargahından başqa "Milli yol" və "Boz qurd" qəzetlərinin də redaksiyaları yerləşib: "İcarəyə verənlə icarəyə götürən arasında razılaşmaya görə, bizim vaxtımız 2006-cı il martın 10-a qədərdir. Ancaq binanı bizə icarəyə verən şəxs bildirib ki, üç gün müddətində (oktyabrın 6-a qədər) buranı boşaltmalısınız".

AMDP sədrinin birinci müavini onu da qeyd edib ki, icarəyə verən şəxs ona AMDP-nin qərargahını boşaltmaq barədə göstərişin Daxili İşlər Nazirliyi tərəfindən verildiyini bildirib: "Biz istəmirik ki, qarşıdurma yaransın. Ona görə də məsələni danışıqlar yolu ilə həll etmək istəyirik. Əgər bizə qarşı müqavimət göstərilsə, əvvəlcə məhkəməyə müraciət edəcəyik. Bu da alınmasa, müqavilədə nəzərdə tutulan müddətə qədər (10 mart 2006-cı il) qərargahı öz qüvvəmizlə qoruyacağıq".

Xəbər lenti

Xəbər lenti