...

PARLAMENT SEÇKİSİNİ MÜŞAHİDƏ EDƏCƏK 125 NƏFƏR BEYNƏLXALQ MÜŞAHİDƏÇİ QEYDİYYATDAN KEÇİB

Siyasət Materials 3 Oktyabr 2005 14:07 (UTC +04:00)

6 noyabr parlament seçkisində müşahidəçilik aparacaq xarici nümayəndələrdən indiyədək 125 nəfəri qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib ki, 125 nəfərdən 77-si Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin və Parlament Assambleyasının müşahidəçiləridir. 46 nəfər ATƏT-in müşahidə missiyasına daxil olan nümayəndələrdir. 2 nəfər isə Seçki Sistemləri Beynəlxalq Fondun (İFES) müşahidəçiləridir.

Rövzət Qasımov bildirib ki, seçki gününə qədər beynəlxalq müşahidəçilərin sayı artacaq. R.Qasımov Rusiyanın Mərkəzi Seçki Komissiyası sədrinin parlament seçkiləri ilə bağlı ölkəmizə səfəri və müşahidəçilik etməsi ilə bağlı yayılan məlumatları isə təsdiq etməyib. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasına Rusiyanın ali seçki orqanından hələ heç bir müraciət edilməyib. Hələ ki, yalnız Gürcüstanın MSK-sı öz müşahidəçilərini göndərəcəyi barədə müraciət edib.

Xəbər lenti

Xəbər lenti