...

"AZADLIQ" BLOKUNUN 13 NƏFƏR ÜZVÜ HƏBSDƏDİR

Siyasət Materials 3 Oktyabr 2005 14:32 (UTC +04:00)

"Azadlıq" blokunun oktyabrın 1-də keçirdiyi icazəsiz aksiyada 70 nəfər müxalifətçi zərər çəkib, 14 nəfərə həbs cəzası verilib. Bu məlumat Trend ə "Azadlıq" blokunun seçki qərargahından verilib. Aksiya günü saxlanılan aksiya iştirakçılarından yalnız 14 nəfərə məhkəmə qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası verilib.

3 sutkadan 10 sutkayadək həbs cəzası alanlar hazırda "Qara Şəhər"də yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlanılırlar. Tutulan şəxslərin 8-i AXCP üzvü, 3-ü Müsavat üzvü, 1-i ADP-çi, 2-si isə bitərəf şəxslərdir. Həbs olunanlardan 3 sutkalıq cəza almış bir cəbhəçi oktyabrın 3-də artıq azadlığa buraxılıb.

İcazəsiz aksiya zamanı xəsarət alanlar arasında bir neçə nəfər deputatlığa namizəd də var. Qarşıdurmalar zamanı Rauf Arifoğlu, Arif Hacılı, Qurban Məmmədov və digər namizədlər yüngül xəsarət alıblar.

Xəbər lenti

Xəbər lenti