...

ELMAR MƏMMƏDYAROV: AZƏRBAYCANLA AVROPA ŞURASININ ƏMƏKDAŞLIĞINDA HEÇ BİR MANEƏ YOXDUR

Siyasət Materials 3 Oktyabr 2005 15:24 (UTC +04:00)

Bu gün heç bir tərəf Azərbaycanın Avropa Şurası (AŞ) ilə əməkdaşlığına əngəl törədəcəyini bəyan etməyib. Trend in məlumatına görə, bu barədə oktyabrın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərlə görüşündə bəyan edib.

Ermənistan KİV-nin Avropa şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiyenin "Avropanın genişləndirilməsi: Yeni qonşuluq" proqramının Kiprin Azərbaycana münasibətlə tutduğu mövqe ilə əlaqədar ləngidilməsi barədə yaydığı bəyanatına toxunan Azərbaycanın XİN-nin rəhbəri bildirib ki, "mövcud reallıq kontekstində Bakının ünvanına Azərbaycanla AŞ-ının əməkdaşlığında maneələrin olması ilə bağlı formal və ya rəsmi bəyanat daxil olmayıb".

Nyu-Yorkda yunan Kiprinin XİN-in rəhbəri ilə Nuy-Yorkdakı görüşünə istinad edən E. Məmmədyarov qeyd edib ki, "bu məsələ KTV-də səslənən müstəvidə qoyulmayıb".

Xəbər lenti

Xəbər lenti