...

RUSİYANIN MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI AZƏRBAYCANA AYRICA MÜŞAHİDƏ MİSSİYASI GÖNDƏRMƏYƏ HAZIRLAŞMIR

Siyasət Materials 3 Oktyabr 2005 16:08 (UTC +04:00)

Rusiyanın MSK Azərbaycana MDB missiyasından əldavə missiya göndərmək niyyətində deyil. Bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr idarəsinin rəisi Andrey Davıdov Trend ə verdiyi ekzkluziv müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qarşıdakı noyabr seçkilərinin gedişinedə Rusiya yalnız MDB-nin müşahidə missiyasının tərkibində müşahidələr aparacaq və missiyadan ayrıca bura müşahidəçi göndərməyəcək.

İdarənin rəisi həmçinin, RF subyektlərindən seçkilərdə müşahidəçilərin iştirakını istisna etməyib. O bildirib ki, Rusiya MSK MDB İcraiyyə Komitəsinin müşahidə missiyasına etibar edir.

A.Davıdov həmçinin, Azərbaycanın KİV-də Rusiya MSK-nın sədri Aleksandr Veşnyakovun Azərbaycana səfəri barədə yayılan məlumatları da təkzib edib. Onun sözlərinə görə, bunlar həqiqətə uyğun olmayan şaiyələrdir və MSK-nın sədri yaxın vaxtlarda Azərbaycana səfər etməyə hazırlaşmır.

Xəbər lenti

Xəbər lenti