...

"ÜÇLÜK" DANIŞIQLAR APARIR

Siyasət Materials 3 Oktyabr 2005 16:28 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov, Vəhdət Partiyasının sədri Tahir Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klasskilər" qanadının rəhbəri Mirmahmud Mirəlioğludan ibarət "üçlük" müxalifətin vahid namizədi barədə siyasi qüvvələr arasında danışıqlar aparır". Bu barədə Trend ə AMDP sədrinin birinci müavini Oqtay Xəlilli bildirib.

O.Xəlilli onu da qeyd edib ki, bu danışıqlar hətta Yeni Siyasət və "Azadlıq" seçki blokları arasında da aparılır: "Danışıqların nəticələri oktyabrın 10-a qədər məlum olacaq".

Yeni Siyasət bloku mətbuat xidmətinin rəhbəri Elza Alışova isə məlum məsələ barədə heç bir bilgiyə malik olmadığını qeyd edib: "Başa düşə bilmirəm, bloklar arasında nə baş verib ki, üçüncü qüvvə danışıqlara cəhd göstərsin".

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə qeyd edib ki, danışıqlar heç cürə alınmır: "Biz partiya olaraq müxalifətin vahid namizədlə seçkiyə getməsinin tərəfdarıyıq. Ancaq məlum obyektiv və subyektiv səbəblər üzündən planımızda nəzərdə tutduqlarımızı həyata keçirə bilmirik".

Qeyd edək ki, sentyabrın 19-da Vəhdət, Azad Azərbaycan, Yeni Turan, Milli Demokrat, Milli İstiqlal, Xalq Cəbhəsinin "klassiklər" qanadı və Fədailər partiyaları müxalifətin vahid namizədi məsələsində birgə razılıq əldə etmişdilər. Təşəbbüs Milli Demokrat Partiyası tərəfindən olub.

Xəbər lenti

Xəbər lenti