...

FÖVQƏLADƏ SEÇKİ KOMİTƏSİ PREZİDENTƏ AÇIQ MƏKTUB GÖNDƏRİB

Siyasət Materials 3 Oktyabr 2005 16:32 (UTC +04:00)

"Fövqəladə Seçki Komitəsi (FSK) ölkə prezidentinə açıq məktubla müraciət edib". Bu barədə Trend agentliyinə FSK sədrinin müavini Rövşən Əhmədli bildirib.

Onun sözlərinə görə, məktubda komitədə təmsil olunan 1500 bitərəf namizədin hüquqlarının qorunması, yerlərdə prezidentin seçki praktikasının təkmilləşdirilməsinə dair imzaladığı 11 may sərəncamının həyata keçirilməsinə maneə yaradan icra strukturları barədə məlumat verilib: "Bu bizim dövlət başçısına göndərdiyimiz ikinci məktubdur. Birinci məktub baxılmaq üçün Prezident aparatından Mərkəzi Seçki Komissiyasına göndərilib. İstəyirik ki, heç olmasa prezident bizi qəbul edib dinləsin".

R.Əhmədli FSK-nin bir sıra xarici təşkilatlar - ATƏT-in, Milli Demokratiya İnstitutunun Bakı ofislərinin nümayəndələri, ABŞ-ın Azərbaycandakı səfirliyinin və Dövlət Departamentinin seçkiləri izləmək üçün Bakıya gələn nümayəndələri ilə görüş keçirdiyini bildirib: "Dövlət Departamentin nümayəndələri ilə sonuncu görüşümüz "İsr Plaza"da olub. Üzləşdiyimiz qanunsuzluqlarla bağlı xarici təşkilat nümayəndələrini məlumatlandırdıq. Onlar bu barədə təmsil olunduqları quruma məlumat verəcəklərini qeyd ediblər".

Xəbər lenti

Xəbər lenti