...

AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASI QƏRARGAHDAN ÇIXARILIB

Siyasət Materials 4 Oktyabr 2005 15:41 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Rəsul Rza 96 ünvanda icarəyə götürdüyü qərargahı oktyabrın 4-də boşaldıb". Bu barədə Trend agentliyinə AMDP-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, binanın sahibi AMDP-yə qərargahı boşaltmaq barədə üç gün vaxt verməsinə baxmayaraq partiya bu məsələni tezləşdirib. Baxmayaraq ki, iktərəfli müqavilədə AMDP-nin 2006-cı il martın 10-dək qərargahda qərar tutması göstərilib. Adıçəkilən ünvanda partiya ilə yanaşı fəaliyyət göstərən "Milli yol" və "Boz qurd" qəzetlərinin redaksiyaları da köçmək məcburiyyətində qalıb. Onların hansı ünvanda məskunlaşacağı barədə hələlik məlumat yoxdur.

Şamil Əzizbəyov küçəsi 174 ünvanında yerləşən "Milli hərəkat" qəzetinin baş redaktoru Səməd İbadovun Trend ə bildirdiyinə görə, onlar AMDP-yə öz qərargahlarında yer vermək təklifi ilə çıxış ediblər: "Ola bilsin ki, oktyabrın 5-də bura köçsünlər. Yerimiz genişdir. İsgəndər Həmidovun rəhbərlik etdiyi qəzet və partiyaya yer verməyə hazırıq".

Xəbər lenti

Xəbər lenti