...

M.MƏMMƏDQULİYEV: ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI İLƏ DANIŞIQLARDA NƏ TƏLƏSMƏK, NƏ DƏ LƏNGİMƏK LAZIMDIR

Siyasət Materials 4 Oktyabr 2005 15:57 (UTC +04:00)

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaqla bağlı məsləhətləşmələrdə nə tələsməli, nə də ləngiməlidir. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, 2006-cı ilin fevral-mart aylarında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsinə hazırlaşmaq üçün Azərbaycanın az vaxtı var. "Cari ildə bizə verilən suallara cavablar hazırlanır. Əvvəlki mərhələ ilə müqayisədə bu dəfə sualların sayı az, yəni təxminən 100-dür. Azərbaycanın tariflər, servis, kənd təsərrüfatına dair təklifləri ilə bağlı yeni rəyi hazırlanır, yəni iş gedir", - deyə o qeyd edib.

M.Məmmədquliyev Azərbaycanın ÜTT-yə daxil olacağı vaxtı şərh etməyib. "Çünki bu, mürəkkəb danışıqlar prosesidir. Əlbəttə, əsas üzv ölkələrin bütün tələbləri ilə razılaşaraq kağızları imzalamaq olar. Lakin hesab edirəm ki, bu düzgün addım olmayacaq. Azərbaycan xüsüsilə, milli istehsalın inkişafı üçün yaxşı prespektivlərin olduğu sahələrdə öz mövqeyini müdafiə etməlidir. Lakin ləngimək də lazım deyil, çünki hər il ÜTT-nin namizəd ölkələrə tələbləri artır. Bizim əsas ticarət tərəfdaşlarımız olan Rusiya, Ukrayna və Qazaxıstan artıq bu məsələdə çox irəli gedib. Danışıqları isə ölkənin maraqlarını nəzərə alaraq aparamaq lazımdır", - deyə o əlavə edib.

M.Məmmədquliyevin sözlərinə görə, ÜTT-yə üzv ölkələr Azərbaycanın bu təşkilata daxil olmasını dəstəkləyir. Hətta Ermənistan Azərbaycanın namizədliyinə mane olmayacağı barədə öhdəlik götürüb. Azərbaycanın təşkilata daxil olmasında maraqlı olan ABŞ isə artıq 3-cü ildir ki, Bakıya texniki yardım göstərir.

Xəbər lenti

Xəbər lenti